Həkim diplomları saxta çıxdı

Həkim diplomları saxta çıxdı
  07 Mart 2013    Oxunub:1478
Nazirlik hüquq-mühafizə orqanlarına yazılı müraciət edib.
Səhiyyə Nazirliyi Azərbaycanda 41 orta tibb işçisinin diplomunun saxta olmasını ortaya çıxarıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ötən il ərzində işə qəbulla bağlı müraciət edən bəzi orta tibb işçilərinin diplomları Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən şübhə doğurub və həmin diplomların araşdırılmasına başlanılıb. Araşdırma nəticəsində orta tibb işçilərindən 41-nin diplomunun saxta olduğu ortaya çıxıb.
Qeyd edək ki, məsələylə bağlı müvafiq tədbirlər görmək üçün Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edib.


Teqlər:





Xəbər lenti