Azərbaycan haqda 12 maraqlı fakt

Azərbaycan haqda 12 maraqlı fakt
  08 Noyabr 2013    Oxunub:1638
Bakının illik orta temperaturu ilə dünyanın ilik orta temperaturu eynidir
1. Dünyada ilk müasir neft quyusu Bakıda, Bibi-Heyvətdə qazılıb.

2. Azərbaycanın görkəmli müğənnisi Rəşid Behbudovun repertuarında 30-a yaxın Bakıya həsr olunmuş mahnı var.

3. Neft Daşları dünyanın ən qədim dəniz neft platforması kimi Ginnesin rekordlar kitabına daxil edilib.

4. Tovuz və Göygöl şəhərlərini almanlar tikib, onların ilk adları Traubenfeld və Yelenendorf olub.

5. Azərbaycan qadınlarla kişilərlərə bərabər siyasi hüquqlar tanıyan ilk müsəlman ölkəsidir.

6. Sovet İttifaqında ilk elektrik dəmir yolu qatarı Bakıda işə salınıb.

7. 20-ci əsrin əvvəllərində dünya üzrə çıxarılan neftin 50%-i Bakının payına düşürdü. İkinci Dünya Müharibəsi dövründə isə Bakı bütün Sovet ordusunun yanacağa olan tələbatının 85%-i ödəyərək bütün ordunu yanacaqla təmin edirdi.

8. Ziya Bünyadov Keçmiş Sovet İttifaqında Böyük Vətən müharibəsində cəza batalyonuna rəhbərlik edən yeganə alim-akademik Sovet İttifaqı qəhrəmanı olub.

9. Müsəlman Şərqində ilk musiqili opera məhz Bakıda səhnəyə qoyulub – bu Leyli və Məcnun operası idi.

10. 1850-ci ildə Bakının əhalisi təxminən 7400 nəfərə bərabər idi.

11. Bakının illik orta temperaturu ilə dünyanın ilik orta temperaturu eynidir (14.2 dərəcə)

12. Bütün dünyada tanınan Nobel Mükafatının kapitalı Alfred Nobelin Bakı neftinin istismarından qazandığı kapital əsasında yaranıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti