Hitlerin ölümündən 1 gün əvvəl verdiyi müsahibə

 Hitlerin ölümündən 1 gün əvvəl verdiyi müsahibə
  13 Noyabr 2013    Oxunub:2347
Unikal tarixi sənəd.
1945-ci ilin aprelində partiya işlərini idarə edən Martin Bormana neytral ölkələrdən bir jurnalist ilə əlaqə qurmaq və onu Reyxstaqın dəftərxanasına gətirmək tapşırıldı. Hitlerin ölümündən 1 gün əvvəl İsveçrə jurnalisti Kurt Şpeydel ondan sonuncu müsahibəni alan şəxs olub.

Amma Şpeydel özü Reyxstaqın dəfrətxanasına hücüm zamanı öldürülüb. Rusiya mətbuatının verdiyi məlumata görə, müsahibənin qeyd edildiyi dəftərçə digər sənədlərlə birlikdə Moskvaya çatdırırlıb.

Həmin sənədlər son zamanlara qədər Silahlı Qüvvələr muzeyinin arxivində qalıb. Bir neçə ay bundan əvvəl arxiv əməkdaşlarından biri həmin stenoqrafik yazını oxumağa çaılışmış və bu tarixi sənədin unikallığı onu valeh etmişdı. AzVision.az həmin unikal tarixi sənədi oxucularına təqdim edir.

Sual: 27 il əvvəl siyasi mübarizəyə daxil olanda bu cür sonluğun gözlənildiyini ehtimal edirdinizmi?

A.H. Bəli, biz o vaxt çox yaxşı başa düşürdük ki, nəyə gedirik. Biz həlledici mübarizəyə başlamışdıq (Endkampf), bu mübarizədə həyatımız və ağ irqin mövcudluğunu ortaya qoymuşduq. Xəritə üzərinə hər şey qoyulmuşdu, yalnız 2 nəticə ola bilərdi: biz ya qalib gələcəyik, ya da tamamilə yox olacağıq.

Sual: Bu gün 1945-ci il aprel ayının 29-udur. Uduzduğunuzu dərk edirsinizmi?

A.H. Mən bizim uduzduğumuzu düşünmürəm. Almaniya uduzub. Bəli, Almaniya müharibədə məğlub olub. "Vermaxt” məğlub olub. Amma, biz güclü ideyaya təkan verdik. Nasional-sosializm açıq-aşkar öz üstünlüyünü sübut edib.

1918-ci ili,20-ci illəri yadınıza salın. O zaman Almaniya harda idi? Hakimiyyətdə olduğumuz bir neçə il ərzində biz bəşəriyyət tarixində möhtəşəm dözlət yaratmağa müvəffəq olduq. Biz iqtisadiyyat yaratdıq, fiziki və mənəvi cəhətdən sağlam gənclik tərbiyə etdik.

Nəhayətdə, tarixdə yalnız ulular qalır. İndi kim Misirdə piramidaların tikilişində ölən minlərlə qulu yada salır? Tarixdə sadəcə nəhəng piramidalar qalıb.

Bəli, biz mübarizədə uduzduq, amma bu yuxarı düşməkdi (der Fall nach oben). Gələcək Nasional- sosializmindir. Mən bunun 21-ci əsrdə olacağını deməkdən qorxmuram. Əgər 21-ci əsrdə Rusiyada Nasional-sosializm qalib gəlsə mən təəccüblənməyəcəm. Bu müharibə illəri ərzində öz irqi dünyagörüşüm haqqında düşünməyə məcbur olmuşam. Baxın mən sizə nə deyirəm, Avropada heç kim Rusiyanı tanımır və tanımırdı. Mən heç də rusları ideallaşdırmıram, qətiyyən, ruslarda Asiyadan həddən artıq çox şey var. Amma, fakt faktdır, rus milləti bu müharibədə güclü və dözümlü çıxdı. Bu məntiqli olacaq. Ari irq üçün xilas Şərqdən gəlsə mən təəccüblənməyəcəm. Bu məntiqli olacaq.

Sual: Siz dediniz ki, siz ideyada qalib gəldiniz, amma müharibəni uduzdunuz. Qanunauyğun sual:bu müharibə lazım idimi?

A.H. Siz elə danışırsınız ki, elə bil bütün dünyada bu müharibəni başlayıb ya da başlamamaq təkcə məndən asılı idi. Mən bilirəm ki, bizim ölümümüzdən sonra bütün itləri üstümüzə buraxacaqlar.

Bizi işğalçı və müharibəni alovlandıran adlandıracaqlar. Amma, bu düz deyil ki, guya mən ya da başqası Almaniyada bu müharibəni istəyirdi. Almanların yeni nəsli möhtəşəm dövlət qurdu və bu onların günahı deyil ki, həmişə onların təkərlərinə taxta qoyurdular.

Ancaq, axmaq düşünə bilər ki, bu müharibə bizim strateqlərimizin fikri olub. Baxın, 39-cu ildə biz birdən-birə texniki və say cəhətdən bizdən üstün olan düşmənlərin dövriyyəsində olduq. Amma, bu şərtlərdə də alman ruhu dünyaya qəhrəmanlıq nümayiş etdirdi.

Sual: Arxaya dönüb baxdıqda, siz bəzi hərəkətlərinizdən qorxmursunuz ki? Məsələn, yəhudi məsələsinin birdəfəlik həllindən.

A.H. Almaniya üçün bu faciəvi zamanda mən yəhudilər haqqında düşünə bilmərəm.

Sual: Həyatınızda verdiyiniz hansı qərardan daha çox peşmansınız?

A.H. 1934-cü ildə Sovet ordusunu pərən-pərən salmaq və Remi edam etmək. Onda mən öz emosiyalarımla hərəkət etdim. Partiya daxilində çirkli oyunlar da buna təsir etdi. Ernst özünün bütün çatışmamazlıqları ilə birlikdə nasional-sosialistlərə sadiq idi və mübarizənin lap əvvəlindən mənimlə çiyin-çiyinə gedib.

Onun hücumçu dəstələri olmasaydı Alman Nasional-Sosialist Fəhlə Partiyası da olmazdı. Mən bilirəm ki, çoxları o vaxt məni millətçilik inqilabına xəyanətdə günahlandırırdı. Amma, şayiələrə baxmayaraq, mən ancaq əxlaqi və mənəvi fikirlərlə hərəkət edirdim, mən partiya sıralarında təmizlik üçün çalışırdım.

Ernst mənim dostum idi və dilində mənim adım ilə öldü. Əgər o bu gün yanımda olsaydı, hər şey başqa cür olardı. "Vermaxt” isə sadəcə məni satdı. Mən öz generallarımın əli ilə öləcəm. Stalin "Qırmızı ordu"da təmizlik etməklə və çürümüş aristokratiyadan yaxa qurtarmaqla dahiyanə hərəkət etdi.


Teqlər:  





Xəbər lenti