İstehlaka yararsız məhsullar məhv edilib

İstehlaka yararsız məhsullar məhv edilib
  13 Noyabr 2013    Oxunub:1369
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız məhsullar aşkarlanıb.
AzVision.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakının Xətai, Yasamal rayonlarında, Gəncə, Mingəçevir, Sumqayıt şəhərlərində, Tovuz, Şamaxı rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 190 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


Teqlər:





Xəbər lenti