“Altay Göyüşov aylarla işə gəlmirdi”- AÇIQLAMA

“Altay Göyüşov aylarla işə gəlmirdi”- AÇIQLAMA
  13 Noyabr 2013    Oxunub:2412
“Altay Göyüşovun işdən azad edilməsi ilə bağlı hələlik konkret qərar olmasa da məsləyə universitetin aidiyyatı qurumlarında baxılacaq”.
AzVision.az-ın məlumatına görə, bunu BDU-nun rektoru Abel Məhərrəmov bildirib.

Millət vəkilinin sözlərinə görə, A.Göyüşov universitetin dosenti olmaqla yanaşı İslam Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisidir.

“BDU bir müddət öncə onu Amerikaya uzunmüddətli elmi ezamiyyətə göndədrişdi ki, oradakı təhsil təcrübəsini öyrənib burada tətbiq etsin. Ona qayıdandan sonra səmərəli istifadə etmək məqsədi ilə İslam Araşdırmalar Mərkəzində aparıcı elmi işçi vəzifəsi ilə bərabər universitetin dosenti vəzifəsi verildi. O İslam Araşdırma Mərkəzində fəaliyyət göstərməklə universitetə qrant layihələri gətirməli idi. Amma bunu əksinə nə aylarla işə çıxdı, nə də layihə gətirdi. Onda belə Amerikada demokratik fikir formalaşdı ki, aylarla işə getməmək olar və layihə gətirməmək də olar. Məndə belə fikir var ki, o Amerikaya ailəsinin yanına qayıtrmaq istəyir və bu yolla spekulliyasiya edərək müəyyən dairələrdən dəstək alamq istəyir. Guya ki, onu burada sıxışdırrılar və işləməyə imkan verilmir”.

Rektor onu da əlavə etdi ki, Altay Göyüşovun bir müəllim kimi fəaliyyəti bundan sonra araşdırılacaq və konkret qərar veriləcək.

“Amma o bu günədək universitetin işçisi olaraq qalır. Bütün bunlara ancaq araşdırmaların yekunu olaraq qərar veriləcək. Ola bilsin ki, onu işdən azad etmədik. Ona dəfələrlə xəbərdarləq edilib ki, sənin məsələnə baxılacaq və o da bundan narahat olaraq facebokda yazıb ki, ondan işdən çıxmaq üçün ərizə tələb edirlər”.

A.Məhərrəmov həmçinin qeyd edib ki, bütün hallarda onun işdən azad olunmasında heç bir siyasi çalar yoxdur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti