“TQDK ləğv edilməlidir” - Ekspertdən TƏKLİF

“TQDK ləğv edilməlidir” - Ekspertdən TƏKLİF
  15 Noyabr 2013    Oxunub:1670
“TQDK-nın Təhsil Nazirliyinə verilməsi doğru seçim olar”

Son günlər Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə yanaşı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) da ləğv edilməsi haqda müxtəlif fikirlər səsləndirilir. Bəzi məlumatlara görə, TQDK ləğv edilərək Təhsil Nazirliyinin balansına keçə bilər.

Təhsil eksperti, sabiq millət vəkili Şahlar Əsgərov da bu variantı məqbul hesab edib. TQDK-nın ləğv olunması ilə bağlı yayılan söhbətlərə münasibət bildirən ekspert bu ideyanı müsbət qiymətləndirib. O, hesab edir ki, TQDK-nın ləğv edilməsi vacib amillərdəndir.

“20 ildir ki, bu komissiyanın fəaliyyəti davam edir. TQDK-nı bir quruma çevirib, Təhsil Nazirliyinə verilməsi çox ağlabatandır. Xarici ölkələrdə belə bir komissiya qeyri -hökumət təşkilati kimi fəaliyyət göstəriir. Yəni, gənclərin biliyini ölçən bir təşkilat kimi. Bu bilik ölçən dövlət təşkilatı da ola bilər, qeyri-hökumət təşkilatı da. Güman edirəm ki, indiki dövrdə bu, hökumət təşkilatı olsa yaxşıdır, yəni Təhsil Nazirliynin nəzdində belə bir qurum fəaliyyət göstərsə daha yaxşıdır. Bu dövlətçilik baxımından da yaxşı ola bilər”.

Ş.Əsgərovun sözlərinə görə, gənclərin orta və ali təhsil alması bir nazirlikdə olmalıdır. Daimi komissyanın olması isə gülüncüdür.

“Komissiya bir, iki, üç illik ola bilər. Sovet dövründə ali məktəblərə qəbul zamanı qəbul komissiyaları yaradırdılar. Amma bu komissiyalar qısa müddətli olardı, növbəti illərdə təzə bir komissiya yaradılardı. 20 il bir komissiyanın fəaliyyət göstərməsi dövlətçilik baxımından da anlaşılmazdır. Bu qurum bütövlükdə, ştatlara qənaət etmək şərti ilə Təhsil Nazirliyinə tabe olunmalıdır. O zaman Təhsil Nazirliyi iki yerə bölünməz. Təhsildə iki tirəlik olmaz. Təhsil sistemində nazir bir iş, komissiya ayrı iş görə bilməz. Hamısı çəkici bir nöqtəyə vurmalıdır”-deyə Ş.Əsgərov vurğulayıb.

Ekspert açıqlamasında TQDK-nın fəaliyyətini 10 ballıq sistem üzrə 8 balla qiymətləndirdiyini deyib:

“Mən TQDK-nın fəaliyyətni 10 ballıq sistemlə 8 balla qiymətləndirmişəm. TQDK-nı tənqid etdiyim istiqamət o olub ki, test özünə aid olmayan işlə məşğul olur. Test gənclərin, abituriyentərin azadlığını məhdudlaşdırır. Özüm bilərəm ki, Lənkəranı, ya da ki, Naxçıvan ali məkətbini seçirəm. Bu, testin böyük qüsuru idi. Abituriyenti nə ali məktəb seçməli, nə də ki TQDK göndərməli deyil. Onu iki yerə parçalamaq olmaz”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Abel Məhərrəmov isə AzVision.az-a bildirib ki, TQDK-nın Təhsil Nazirliyinə birləşməsi haqda məlumatdan xəbərsizdir. Eyni zamanda rektor çıxışında TQDK-nın və Təhsil Nazirliyinin funksiyasını yüksək qiymətləndirib.

Xatırladaq ki, Ş.Əsgərov 1995-2000-ci ildə, 2000-2005-ci ildə millət vəkili, 2000-2005-ci ildə Elm və təhsil məsələləri daimi komissiyasının sədri olub.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti