Təbii qazla təmin olunan 1,6 milyon abonent var

Təbii qazla təmin olunan 1,6 milyon abonent var
  15 Noyabr 2013    Oxunub:1178
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,6 milyonu keçib.
2013-cü il noyabr 1-nə ölkə üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 603 258-ə çatıb.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, onların 1 584 076-sı əhali, 19 182-si isə qeyri-əhali sektoruna aiddir. Abonentlərin 688 675-i Bakı şəhəri (678 783 əhali, 9 892 qeyri-əhali), 914 583-ü isə regionların (905 293 əhali, 9 290 qeyri-əhali) payına düşür.

Cari ilin noyabr ayının 1-nə olan məlumata görə, əhali abonentlərinin mənzillərində 803 min ədəd "smart-kart" tipli sayğac quraşdırılıb. Bu il yanvarın 1-nə olan məlumata görə, bu rəqəm 594 min ədəd idi.


Teqlər:





Xəbər lenti