Dünya fiziki qüsurlu gənclərin gözü ilə

Dünya fiziki qüsurlu gənclərin gözü ilə
  16 Noyabr 2013    Oxunub:1440
Mingəçevirdə “Dünya fiziki qüsurlu gənclərin gözü ilə” layihəsi həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Mingəçevir Gənclər evində “Dünya fiziki qüsurlu gənclərin gözü ilə” layihəsi həyata keçirilir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, layihə çərçivəsində ailə nəvazişindən kənarda qalmış fiziki qüsurlu gənclərə rəsm çəkmək və yaradıcı ideyalar formalaşdırmaq bacarıqları öyrədiləcəkdir. Əsas məqsəd bu gənclərin cəmiyyətə inteqrasiyasını təmin etmək, onların həmyaşıdları arasında fəallıqlarını artırmaq və gələcəkdə müəyyən peşəyə sahib olmalarını təmin etməkdir.

Layihə 20 gəncin əl işlərindən ibarət rəsm sərgisi ilə başa çatacaq və qaliblər hədiyyələrlə mükafatlandırılacaqlar.


Teqlər:





Xəbər lenti