Fransalı memar İnşaat Universitetində

Fransalı memar İnşaat Universitetində
  16 Noyabr 2013    Oxunub:1582
Məhşur fransalı memar Odile Dek Azərbaycan Memarlıq və İnşaat Universitetində olub.
Ecazkar və qeyri-adi əl işləri ilə dünyanın aparıcı memarlıq xəzinələrinin yerləşdiyi ölkələrdə məhşur olan fransalı memar Odile Dek Azərbaycan Memarlıq və İnşaat Universitetində olub.

AzVision.az xəbər verir ki, Universitetin mətbuat xidmətindən verilən məlumata görə, Fransa İnstitutu və Yarat! Müasir İncəsənət Təşkilatının dəstəyi ilə memar Odile Dekin "Üfüqlər" adlı mühazirəsi keçirilib.

Məhşur urbanist və memar Odile Dek 1985-ci ildə "Benoît Cornette" ilə əməkdaşlıq yaradaraq ODBC memarlıq firmasının əsasını qoyub.

"Üfüqlər" adlı mühazirəsinin geniş və maraqlı təqdimatından sonra xanım Odile Dek tələbə və müəllimlərin çoxsaylı suallarına cavab verib. O tələbələrə Fransada, Çində, İngiltərə və başqa Avropa ölkələrində ərsəyə gətirdiyi memarlıq işlərindən danışıb və onları yalnız nəzəriyyə ilə kifayətlənməməyə çağırıb: "Super interyer binanın əsas göstəricisi olduğu kimi, keyfiyyətli inşaat matrealları da onun uzunömürlülüyünün göstəricisidir. Təməli düzgün qoyulan bina və əsrarəngiz dizayn artıq brend deməkdir".

O.Dek 15 nəfərlik komada ilə işlədiyini söyləyib: "Çoxluq hələ keyfiyyət göstəricisi deyil, bilirsinizmi, mən istəmirəm ki, memarlıq zavoduna çevrilim. Bu heyətlə də dünyada tanına bildim".

Memar yaradıcılığında xüsusi dəyər verilən əsrarəngizliyin asas sirrinin dünyanın yaranışdan bəri əvəzolunmaz rəngləri olan ağ və qaranı seçdiyinin olduğunu bildirib.


Teqlər:  





Xəbər lenti