Xanımı Saakaşviliyə: `Səninlə hər şeyə varam!`

Xanımı Saakaşviliyə: `Səninlə hər şeyə varam!`
  18 Noyabr 2013    Oxunub:1577
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin xanımı, hollandiyalı Sandra evliliklərinin iyirminci ildönümü ilə əlaqədar həyat yoldaşına “Deyirəm: “Səninlə hər şeyə varam” adlı şeir həsr edib.
AzVision.az həmin şerin Azərbaycan dilində tərcüməsini təqdim edir:

“Deyirəm “Səninlə hər şeyə varam”

20 il əvvəl
Noyabrın 17-də
Mən Mişaya “Səninlə hər şeyə varam” dedim
Adi bir gündə
əynimdə adi paltar
əlimdə 1 qızılgül...


10 il əvvəl
2003-cü ilin noyabrında
Bu dəfə Gürcüstana
“Səninlə hər şeyə varam” dedim
Mən adi bir gənc qadın
Yanımda qeyri-adi bir kişi
Hara getdimsə qızılgül aldım...

Və bu gün
Noyabrın 17-si 2013-cü il,
Evliliyimizin 20-ci ilində
əllərim 1 qızılgülə həsrət
yalnız bir tikan və göz yaşı ilə baş-başayam...
Kiçik oğlum gözümə dikilən
Ümid dolu baxışlarla
Ana kaş tezliklə evimizə qayıdaq deyir
Deyirəm: “Nikuşa səninlə hər şeyə varam!...”

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti