NASA Marsa yeni aparat göndərdi

NASA Marsa yeni aparat göndərdi
  19 Noyabr 2013    Oxunub:1424
Bu NASA-nın Marsda həyata keçirdiyi onuncu missiyasıdır.
Amerikanın Florida ştatının Kanaveral burnundakı kosmodromdan raket daşıyıcı "Atlas V" Marsa yola düşüb.

AzVision.az -ın rus mətbuatına istinadən bildirir ki, raket daşıyıcı Qırmızı planetə MAVEN (Mars Atmosphere and Volatile Evolution Mission) kosmik aparatını da özü ilə aparıb. Beləliklə, NASA Marsa onuncu missiyasını göndərib.

Raket daşıyıcı Yerdən yerli vaxtla saat 13:28-də (Bakı vaxtı ilə 22:28-də) ayrılıb. MAVEN-in əsas məqsədi Marsın soyuq və quru atmosferinin keçmişdəki təkamülünü öyrənəcək, nə vaxtsa bu planetin sıx və qalın atmosferə malik olub-olmadığı ilə maraqlanacaq.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti