Almaniya Pavlovsk muzeyinin dəyərli kitabların qaytarır
2013-cü ilin yayında İkinci Dünya müharibəsinə qədər Almaniyanın Moskvada sonuncu səfiri olmuş qraf Fridrix-Verner fon der Şulenburqun varislərinin malikanəsində Pavlovsk saray kitabxanasının kitabları aşkar edilib. Bu kitabları “İkinci Dünya müharibəsi dövründə rus muzeyləri” adlı beynəlxalq elmi layihənin əməkdaşlarının sayəsində identifikasiya etmək mümkün olub.
Alimlər Pavlovsk saray kitabxanasından 170 kitabın Almaniyanın Moskvadakı səfirinə verilməsini təsdiq edən sənədləri tapıblar.
Diplomatın qardaşının nəvəsi Ştefan qraf fon der Şulenburq bu kitabların səfirin kitabxanasına necə gəlib çıxmasını biləndən dərhal sonra həmin kitabları Rusiyaya qaytarmaq niyyətində olduğunu bildirib. O, “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibədə deyib: “Əlbəttə, bu kitablar oğurlanıb və əlbəttə, onlar Rusiyaya qaytarılmalıdır”.
Teqlər: