NASA-dan yeni Qiyamət proqnozu

NASA-dan yeni Qiyamət proqnozu
  21 Noyabr 2013    Oxunub:1913
Üç həftə ərzində `Dünyanın sonu` deyilən günəş çevrilməsi olacaq.
NASA-nın astronomları Günəşdə "çevriliş"in nə zaman baş verəcəyini və magnit sahələrinin nə zaman qütb yerdəyişməsi edəcəyini aydınlaşıdırıblar. Onların fikrincə, bu, cəmi 3 həftənin içində baş verəcək.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, işdən çıxmağa, qiyamət günü təşvişinə ehtiyac yoxdur: Günəşdə qütblərin belə yerdəyişməsi hər 11 ildən bir baş verir.

"Bu fəlakət deyil, real nəticələri olan böyük hadisədir. Heç nədən qorxmağa ehtiyac yoxdur", - Stenford universitetinin fiziki Todd Hoks açıqlamasında deyib. "Günəşin magnit qütb sahələri zəifləyir, sıfıra qədər düşür, sonra isə yenidən digər magnit qütb sahəsinə hərəkətə keçir - bu, günəş tsiklinin normal elementidir", - digər elm adamı Fil Şerer açıqlamasında deyib.

Ancaq Günəşdəki bu aktivlik bütün günəş sisteminə öz təsirini göstərir. Yerdə bu, magnit burulğanlarına səbəb olacaq, sputniklərin və elektron priborların normal fəaliyyətinə mane olacaq.


Teqlər:  





Xəbər lenti