Beynəlxalq cani prezident oldu

Beynəlxalq cani prezident oldu
  10 Mart 2013    Oxunub:1463
Keniyanın Müstəqil Seçki Komissiyası martın 9-da baş nazirin müavini Uxuru Keniattunu prezident seçkilərinin rəsmi qalibi elan edib.
Müstəqil Seçki Komissiyasının son məlumatına görə, Uxuru Keniattuya seçicilərin 50,07 faizi səs verib. Keniattunun əsas rəqibi Rail Odinqa 43% səs toplaya bilib.
Qeyd edək ki, Uxuru Keniattu Sudan prezidentindən sonra insanlıq əleyhinə cinayətlərdə günahlandırılan ikinci afrikalı lider olacaq. Beynəlxalq cinayət məhkəməsi onu 2007-ci ildə tayfaarası qətliam törətdiyinə görə məsuliyyətə cəlb etmək niyyətindədir.



Teqlər:





Xəbər lenti