“Rəsul Quliyev ermənilərlə əlaqələr axtarır” – MEDİA DAYCEST

 “Rəsul Quliyev ermənilərlə əlaqələr axtarır” – MEDİA DAYCEST
  07 Fevral 2013    Oxunub:3240
Yaxın vaxtlarda Milli Məclisin sabiq deputatı Anar Axundzadə Prezident Administrasiyasında (PA) şöbə müdiri vəzifəsinə təyin olunacaq. Bu barədə XezerNews.az-a məlumat daxil olub.
Bizim Yol

Kinematoqrafçılar İttifaqı Məhkəməyə veriləcək

“Bizim Yol” qəzetinin 6 fevral sayında Ədliyyə Nazirliyinin Azərbaycan Kinematoqrafçılar İttifaqının qeydiyyatını ləğv etməyə hazırlaşdığı barədə məlumat dərc olunub. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib ki, Vergilər Nazirliyi və Ədliyyə Nazirliyi ittifaqda yoxlama aparır. Ədliyyə Nazirliyi apardığı yoxlamalarla bağlı ittifaqa xəbərdarlıq xarakterli məktublarla müraciət edib. Əli İsa Cabbarov qeyd edib ki, qanuna əsasən, Ədliyyə Nazirliyi bir ildə iki dəfədən çox xəbərdarlıq xarakterli məktub göndərəndən sonra qeyri-hökumət təşkilatının ləğvi məqsədilə məhkəmə qarşısında məsələ qaldıra bilər: “Biz artıq iki belə məktub almışıq. Prosesləri analiz edəndə Kinematoqrafçılar İttifaqının qeydiyyatını məhkəmə yolu ilə ləğv etmək niyyətini görə bilərik. Hazırda belə bir şey yoxdur. İttifaqın qeydiyyatı qalır.

Əvəz Zeynallının məhkəmə istintaqı bitdi

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının məhkəməsi davam edib. APA-nın məlumatına görə, prosesdə cinayət işində olan sənədlər elan olunub. Daha sonra məhkəmədə istintaqının yekunlaşması barədə qərar qəbul olunub. Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün proses fevralın 13-dək təxirə salınıb.

Transxəzər qaz kəmərinin çəkilməsi çox mürəkkəb məsələdir

“Transxəzər qaz kəməri Cənub Dəhlizi çərçivəsində mühüm bir layihədir və bu məsələ hazırda Avropa İttifaqı tərəfindən gündəmə gətirilib”. Bunu jurnalistlərə açıqlamasında sənaye və energetika naziri Natiq Əliyev bildirib. Azərbaycan və Türkmənistan hökumətləri arasında sazişlə bağlı müxtəlif görüşlər keçirmişik və sənədlər artıq hazırdır. Türkmənistan tərəfi bildirir ki, layihə üçün təxminən 30 milyard kubmetrə qədər təbii qaz verməyə hazırdır. Türkmənistan tərəfi bunu öz sahilində Avropa İttifaqına vermək istəyir. Bu zaman bir çox problemlər yaranır. Kim bunu maliyyəşdirəcək? Hansı şirkətlər bu qazı alıb tranzit şəklində Azərbaycandan Avropaya aparacaqlar? Bu Türkmənistanla Aİ arasında olacaq anlaşmadı. Daha sonra Azərbaycan bu layihəyə dəstək verəcək”.

Azadlıq

Əkrəm Əylislini məhkəməyə verirlər

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirovun APA-ya verdiyi məlumata görə, yazıçının Rusiyanın “Drujba narodov” jurnalında dərc olunmuş “Daş yuxular” əsəri ilə bağlı etirazını bildirən QHT-lər Əkrəm Əylislinin xalq yazıçısı fəxri adının, “Şöhrət”, “İstiqlal” ordenlərinin və digər dövlət təltiflərinin geri alınması, onun Azərbaycan vətəndaşlığından məhrum olunmasını tələb edirlər. V.Qədirovun sözlərinə görə, onun rəhbərlik etdiyi təşkilat, habelə şəhid, veteran, qaçqın və köçkün, hərbi-vətənpərvərlik sahəsində fəaliyyət göstərən onlarla digər vətəndaş cəmiyyəti təsisatı yaxın günlərdə bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcək: “Əkrəm Əylisli xalqına iftira atmaq və həqarət etməklə təkcə azərbaycanlılara deyil, bütün insanlığa, bəşəri dəyərlərə xəyanət edib. O, bu xəyanətin hesabını verməlidir”.

Elmar Vəliyev Oqtay Şirəliyevin kirvəsini işdən çıxardı

Uzun illər Gəncə Səhiyyə İdarəsinə rəhbərlik edən Mehman Rzayev yanvarın 4-də vəzifəsindən azad olunub. Sabiq icra başçısı Eldar Əzizovun kadrı olan Mehman Rzayevi A.Səhhət adına 1 saylı şəhər xəstəxanasının baş həkimi Nazim Əhmədov əvəzləyib. Gəncə səhiyyəsinin yeni rəhbəri Nizami rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Nizami Əhmədovun qardaşıdır.
Sabiq idarə rəisi Mehman Rzayev isə səhiyyə naziri Oqtay Şirəliyevlə kirvədir və qəribədir ki, bu əlaqə vəzifəsində qalmaq üçün ona kömək etməyib. Bəzi mülahizələrə görə, Mehman Rzayevi hətta səhiyyə naziri ilə qohumluğunun da xilas edə bilməməsinə səbəb onun Gəncədə şəkərli diabet xəstələri üçün Maliyyə Nazirliyinin ayırdığı külli miqdarda vəsaitin istiqaməti üzrə xərclənməməsidir.

Gündəm Xəbər

Azərbaycan hüquq müdafiəçiləri AŞPA deputatlarına qarşı

Azərbaycan vətəndaş cəmiyyəti fəallarından ibarət qrup AŞPA-ın qış sessiyasında Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsini dəstəkləməyən AŞPA deputatlarına qarşı kampaniyaya başlayır.
Kampaniya təşəbbüskarları AŞPA-nı Ştrasserin məruzəsinin əleyhinə səs verənləri 2013-cü ildə Azərbaycanda prezident seçkilərinin monitorinqini həyata keçirəcək nümayəndə heyətinin tərkibinə daxil etməməyə çağıracaqlar.
Avropa ölkələrinin parlamentlərinə, KİV-lərinə, vətəndaş cəmiyyəti institutlarına və siyasi partiyalarına Azərbaycanda siyasi məhbus probleminin həlli üzrə səyləri dəstəkləməkdən imtina edən deputatların soyadı göstərilməklə, etiraz məktubları göndəriləcək.

Prezident Administrasiyasına yeni təyinat gözlənilir

Yaxın vaxtlarda Milli Məclisin sabiq deputatı Anar Axundzadə Prezident Administrasiyasında (PA) şöbə müdiri vəzifəsinə təyin olunacaq. Bu barədə XezerNews.az-a məlumat daxil olub. Məlumata görə, A.Axundzadə indiyədək fəaliyyəti dövründə nöqsansız çalışdığı, hakim Yeni Azərbaycan Partiyasına (YAP) sadiq qaldığı və prezident İlham Əliyevin yürütdüyü siyasətin fəal təbliğatçılarından biri olduğu üçün bu vəzifəyə gətirilməsi gözlənilir.

Unikal

Ukrayna Dağlıq Qarabağ münaqişəsində ATƏT-i unikal platforma hesab edir

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ikitərəfli münasibətlərin qurulmasının 21-ci ildönümü ilə əlaqədar çərşənbə günü keçirilən brifinqdə bəyan edib. "Ukraynanın ATƏT-ə sədrliyinin ən əsas prioritetlərindən biri ATƏT məkanında həlli yubanan ərazi münaqişələrinin həllinə yardım etməkdir", - Mişenko bildirib. Onun sözlərinə görə, Ukrayna hazırkı format çərçivəsində danışıqlarda irəliləyiş əldə etmək yolu ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında tərəqqiyə nail olmağa çalışacaq.

Britaniyalı deputat Ermənistanın Xocalı aeroportu barədə planlarına dair bəyanat verib

"Xocalı aeroportu qanuni olaraq fəaliyyət göstərə bilməz, belə ki, Azərbaycan hökumətinin sanksiyası olmadan onun hava məkanında icazəsiz uçuşlara yol verilmir", - Mühafizəkar Partiyasından deputat, Energetika və iqlim dəyişikliyi üzrə xüsusi komitənin üzvü, bütün partiyaların təmsil olunduğu Azərbaycan üzrə parlament qrupunun sədri Kristofer Pinçer Ermənistanın Xocalı aeroportu barədə planlarına dair suala münasibət bildirərkən deyib.

İqor Muradyan: “Rəsul Quliyev ABŞ-ın erməni təşkilatları ilə əlaqələr axtarır”

Ermənistanın Milli Təhlükəsizlik Partiyasının sədri, vaxtilə Azərbaycanda yaşamış və Dağlıq Qarabağda ermənilərin “Qarabağ” komitəsinin ilk rəhbəri olan İqor Muradyan Açıq Cəmiyyət Partiyasının hazırda ABŞ-da yaşayan lideri Rəsul Quliyevlə görüşüb. İ. Muradyan Rəsul Quliyevlə görüşünün təfərrüatını belə açıqlayıb: “Tanınmış Azərbaycan müxalifətçisi Rəsul Quliyevlə görüşümü xatırlayıram. Rəsul Quliyev Azərbaycan parlamentinin eks-spikeri, siyasi mühacir, legitim milyoner və Azərbaycanda bir çox müxalifət partiyalarını maliyyələşdirən şəxsdir. Görüş Vaşinqtonda, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda baş tutdu və onu həmin vaxt institutun direktoru vəzifəsində çalışan Çarlz Farbenks təşkil etmişdi. Bizə məlum idi ki, Rəsul Quliyev ABŞ-ın erməni təşkilatları ilə əlaqələr axtarır. Bu dəfə o, həmin təşkilatlardan biri ilə görüşmək üçün Nyu-Yorkdan gəlmişdi”.

Yeni Müsavat

İctimai Palatada etiraz aksiyaları müzakirəsi

Fevralın 6-da İctimai Palata Koordinasiya Şurasının toplantısı olub. KŞ-nin dönəm sədri Zəfər Quliyevin verdiyi məlumata gör, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və 9 fevral sessiyasına hazırlıq müzakirə olunub, sessiyanın gündəlik layihəsi müəyyənləşib.

Ermənilər Rəsul Quliyevlə bağlı açıqlama verdi

APA-nın Ermənistanın Lragir.am saytına istinadən verdiyi məlumata görə, İ. Muradyan Rəsul Quliyevlə görüşünün təfərrüatını açıqlayıb. O bildirib ki, R. Quliyev ondan Azərbaycan hakimiyyəti və İlham Əliyev haqqında rəyini soruşub, Muradyandan isə ölkəsinin siyasətinə uyğun cavab alıb: “Rəsul Quliyev mənim cavabımdan həyəcanlandı və xahiş etdi ki, dediklərimi başqa yerlərdə yaymayım. Çünki özü bu fikirlərdən yararlanmaq istəyirdi. O mənə dedi ki, mənim dediklərim həmişə onun da düşüncəsi olub, ancaq belə lakonik formada ifadə edə bilməyib. Bilmirəm, o, bu tezisləri yaydı, yoxsa yox.

Müsavatda Sərdar Cəlaloğlundan şübhələnirlər

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”ın 2 fevral tarixli sayına müsahibəsindən narazı qalıb. Müsahibədən sonra bir neçə mətbu orqanlara açıqlama və müsahibələrində S.Cəlaloğlu “Yeni Müsavat”ın ona qərəzli olduğunu iddia edib. Maraqlıdır ki, hansısa fikrinin təhrif olunduğu barədə bir dənə də olsun fakt, sübut ortaya qoya bilmir. Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli isə bildirdi ki, ola bilər ki, S.Cəlaloğlunun seçki ilindən başqa gözləntiləri var. O da ola bilər ki, onu Müsavat başqanının seçki marafonunda irəliyə çıxması narahat edir. Yaxud Sərdar Cəlaloğlu özünə güvənirsə, özü o problemlərin həlli ilə məşğul olsun. Ancaq təftişlə məşğul olması şübhələrə yol açır. Cəlaloğlunun Müsavata və İsa Qəmbərə hücumları əndazəni aşdığı üçün mən şübhələnirəm ki, ona bu barədə sifariş verilib. Çünki əks təqdirdə, məhz İsa bəyin reytinqinin artdığı dövrdə hücumların da artmasını təsadüf saymıram.

Rəsul Quliyevin partiyası Müsavatla danışıqları təsdiqlədi

Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Açıq Cəmiyyət Partiyasının lideri, hazırda Amerikada yaşayan eks-spiker Rəsul Quliyev arasında danışıqlar başlayıb. Hazırda iki partiya rəhbərliyi arasında danışıqlar davam edir. Danışıqların əsasını qarşıdan gələn 2013-cü il prezident seçkiləri təşkil edir. ACP sədri Sülhəddin Əkbər bu danışıqların var olduğunu təsdiqlədi və qeyd etdi ki, Açıq Cəmiyyət Partiyası Müsavatı özünün təbii müttəfiqi hesab edir.

Zerkalo

У Путина появился конкурент в России

“Если я стану президентом, то верну Ирану “отколовшиеся” от него Таджикистан, Армению и Азербайджан”. Об этом заявил один из представителей духовенства Ирана аятолла Саид Мухаммад Бокири Харрози. Однако эксперты агентства “Росбалт” полагают, что Азербайджан, активно вооружаемый Израилем на миллиарды долларов, США не откажет – речь явно идет о подготовке плацдарма для удара по Ирану и, возможно, не только для этого. Дислоцируя войска в Азербайджане, Пентагон получает прямой выход к Каспию, а значит, и к российскому Северному Кавказу. Отметим, что информации о возможном вводе войск США в Азербайджан предшествовал провал переговоров Москвы с Баку о продлении аренды Габалинской станции раннего предупреждения о ракетном нападении. 24 января в комитете по внешним связям Сената, связанном с утверждением кандидатуры Джона Керри отвечая на вопросы по армяно-азербайджанскому нагорно-карабахскому конфликту заявил, что существующий статус-кво неприемлем, пообещал, что США продолжат активно участвовать в процессе разрешения конфликта в случае его назначения на должность.



Teqlər:  





Xəbər lenti