Yeni telefon `dayə`

Yeni telefon `dayə`
  22 Noyabr 2013    Oxunub:1491
Avstraliyada uşaqlara və ahıl insanlara qulluq etməyə kömək edən telefon istehsal edilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyada uşaqlara və ahıl insanlara qulluq etməyə kömək edən “Cloudphone” telefon modeli istehsal olunub.

Model xarici görünüşünə görə peycer və telefon arasında olan qurğunu xatırladır. Qurğunu asanlıqla idarə etmək mümkündür. Bunun üçün səslə komanda vermək kifayət edir.

Telefon zənglərlə yanaşı, istifadəçinin harada olmasını və getdiyi marşrutu müəyyənləşdirərək məlumatları qohumların elektron poçtuna və ya mobil qurğusuna göndərir. Bundan başqa, qurğu ailə üzvlərinə himayədə olan şəxsin marşrutdan yayınması zaman onlara zəng və ya bildirişlə xəbər verir.

Eyni zamanda telefon vasitəsilə istifadəçinin fiziki vəziyyətini, müəyyən vaxt ərzində onun neçə addım atmasını, nə qədər məsafə qət etməsini, evdə nə qədər olmasını, kimə və nə vaxt zəng etməsini, həkimin tövsiyələrinə əməl etməsini öyrənmək mümkündür. Qurğunun digər vacib funksiyalarından biri şərti sözlə verilən həyəcan və təhlükə siqnalının çatdırılmasıdır. Belə ki, telefon himayədə olan şəxsin yıxılmasını və ya uzunmüddətli hərəkətsiz qalmasını qeydə alan zaman müstəqil şəkildə ailə üzvlərini və ya xilasetmə xidmətlərini xəbərdar edə bilir.

Qiyməti təxminən 200 dollar təşkil edəcək qurğunun gələn ilin ortalarında satışa çıxarılması gözlənilir.


Teqlər:





Xəbər lenti