İP: “Daş yuxular” münaqişənin dərinləşməsinə xidmət edir”

İP: “Daş yuxular” münaqişənin dərinləşməsinə xidmət edir”
  07 Fevral 2013    Oxunub:2204
“Təəssüflə qeyd edilməlidir ki, müəllifin niyyətinin nə olmasından asılı olmayaraq “Daş yuxular” Azərbaycan və erməni xalqları arasında münaqişənin aradan qalxmasına deyil, dərinləşməsinə xidmət edir”.
Əkrəm Əylislinin romanı ilə bağlı belə bir bəyanatı İctimai Palata yayıb.
Bəyanatda deyilir ki, İP romanda mənəvi və dini dəyərlərimizin aşağılanmasına etirazların haqlı olduğunu qəbul edir və bu etirazlarla həmrəydir: “İctimai Palata hər kəs kimi, Əkrəm Əylislinin də ifadə azadlığını, yaradıcılıq hüquqlarını qeydsiz-şərtsiz tanıyır, eyni zamanda, bu əsərdə erməni-Azərbaycan münasibətləri haqqında həqiqətlərin təhrif edilməsinə, Azərbaycan tarixinin saxtalaşdırılmasına, milli, mənəvi və dini dəyərlərimizin aşağılanmasına etirazların haqlı olduğunu qəbul edir və bu etirazlarla həmrəydir. Təəssüflə qeyd edilməlidir ki, müəllifin niyyətinin nə olmasından asılı olmayaraq bu roman Azərbaycan və erməni xalqları arasında münaqişənin aradan qalxmasına deyil, dərinləşməsinə xidmət edir, xalqlar arasında düşmənçilik və nifaq yayanların cəbbəxanasında yer tutur və Azərbaycana, onun xalqına qarşı istifadə olunacaq”.


Teqlər:





Xəbər lenti