“Taliban Amerikaya işləyir”

“Taliban Amerikaya işləyir”
  11 Mart 2013    Oxunub:1727
2014-cü ildə ölkədə bir nəfər də olsun əcnəbi əsgər qalmayacağını deyən Əfqanıstan prezidenti ABŞ-Taliban ittifaqından da danışıb.
Əfqanıstan prezidenti Həmid Kərzai Talibanın Amerikaya işlədiyini, tərəflərin demək olar ki, hər gün görüşdüklərini deyib.
Son günlərdə artan Taliban hücumlarından danışan Kərzai, koalisiya qüvvələrinin 2014-cü ildən sonra Əfqanıstanı tərk etməmək üçün bu hücumlara dəstək verdiyini də vurğulayıb.

“Taliban dünən Kabil və Hostda həyata keçirdiyi hücumları Amerikaya xidmət məqsədilə reallaşdırıb” deyən prezident “Taliban bir yandan guya koalisiya qüvvələrini hədəf alaraq hücum etdiyini deyir, digər tərəfdən isə Amerika ilə görüşlər keçirir” söyləyib.

“Taliban bu hücumlarla Amerikaya nə qədər güclü olduğunu göstərmək istəmir. Əksinə, onlara xidmət edir”, - deyə Kərzai bildirib.



Teqlər:  





Xəbər lenti