Şirvan Şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, Beyləqan rayonu N saylı hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu martın 10-da qoşunların təmas xəttində düşmən snayperindən açılan atəş nəticəsində başından aldığı güllədən şəhid olub.
Şəhid əsgərin valideynləri Sumqayıt şəhərində yaşadığı üçün şəhid əsgərin Sumqayıt şəhərində dəfn olunacaq.
Şəhidin qohumları bildiriblər ki, atası xaricdədir, gəlməsini gözləyirlər. Gəldikdən sonra Sumqayıt şəhərində dəfn edəcəklər.