Peykimiz orbitdə - FOTOSESSİYA

Peykimiz orbitdə - FOTOSESSİYA
  08 Fevral 2013    Oxunub:2206
Bu gecə - fevralın 8-də Bakı vaxtı ilə saat 1:35 radələrində Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb.
Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peykinin orbitə buraxılması prosesinin canlı izlənilməsi üçün Kuala Lumpurda Malayziyanın “Measat Satellite Systems” (MEASAT) şirkətinin ofisində tədbir keçirilib.
Mərasimdə Malayziya hökumətiniin nümayəndələri, Azərbaycanın Kuala Lumpurdakı səfiri Tahir Kərimov və səfirliyin əməkdaşları, MEASAT şirkətinin rəhbər şəxsləri iştirak ediblər. Azərbaycanın «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətin sədri başda olmaqla 25 nəfərlik nümayəndə heyəti də Kuru kosmodromunda prosesi izləyib.
Azərbaycanın ilk rabitə peykin ümumi çəkisi 3250 kq təşkil edir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir. Peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, peyk orbitə buraxılandan sonra Naxçıvan da daxil, Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, sürətli internet xidmətləri təmin olunacaq. Bundan başqa, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək. Yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda peyk rabitəsi problemləri də tezcə aradan qaldırılacaq. Üstəlik, peyklə bağlantıların təhlükəsizliyinə təminat veriləcək. İlk peyk orbitə buraxılandan sonra rabitə və internet xidmətləri ucuzlaşacaq.

Qalereya




Teqlər:  





Xəbər lenti