Kofein tərkibli enerjili içkilərinə diqqət

Kofein tərkibli enerjili içkilərinə diqqət
  07 Dekabr 2013    Oxunub:1812
Tədqiqatçılar xəbərdarlıq edirlər
Almaniyanın Bonn universitetinin alimləri tərkibində kofein olan içkilər qəbul edən 15 nəfərin bu içkiləri qəbul etdikdən sonra ürəklərində baş verən dəyişikliklərin təsvirini veriblər. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, qablaşdırılmış, kofeinlə dolu enerjili içkilər ürək ritmlərinin pozulması, döyüntülərin normadan 2 dəfə artıq çoxalmasına gətirib çıxarır.
Tədqiqat qrupu Şimali Amerika Radioloji Cəmiyyətinin illik iclasında bildirib ki, bəzi sağlamlıq imkanları məhdud uşaqlar və insanlar xüsusən bu içkilərdən istifadə etməməlidirlər. Tədqiqatçı-alim, professor Jonas Dorner bildirib ki, biz hələ tam şəkildə bu kimi içkilərin ürəyin funksiyalarına daha hansı əks təsirlərini dəqiq bilmirik. Araşdırmalarımız hələ ki davam edir. Kofeinin miqdarı enerjili içkilərdə qəhvə və koka –kola kimi içkilərdən 3 dəfə daha çoxdur. Yüksək miqdarda kofein qəbulu qan təzyiqinin artması, ən ağır hallarda isə qəfil ölümə səbəb ola biləcək bir çox yan təsirləri var.
Dr. Dorner konfransda eyni zamanda bildirib ki, qısa bir vaxt ərzində aparılan bu araşdırmalar vəziyyətin göründüyündən də çox ciddi olduğuna bir işarədir. Bunun ürək xəstəliyi olan insanlara təsiri hələ də məlum deyil.
Təşkil edilən konfransda Britaniyanın Alkoqolsuz İçkilər Assosiasiyası da qeyd edib ki, belə içkilər uşaqlar üçün deyil.


Teqlər:





Xəbər lenti