TQDK-da imtahanlarla bağlı seminar

TQDK-da imtahanlarla bağlı seminar
  08 Dekabr 2013    Oxunub:1453
Riyaziyyat fənni üzrə növbəti elmi-metodiki seminar keçirildi.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az -a bildiriblər ki, müəllimlərin və mütəxəssislərin iştirak etdikləri seminarda bu il keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanında II ixtisas qrupunda istifadə olunmuş riyaziyyat fənni üzrə test tapşırıqlarının elmi-metodiki təhlili aparılıb.

Test tapşırıqlarının məzmunu, abituriyentlərin cavab verməkdə çətinlik çəkdiyi, yaxud yanlış cavablandırdığı suallar müzakirə edilib.

Çıxış edən müəllim və mütəxəssislər fikirlərini açıqladı.
Qeyd edək ki, test tapşırıqlarının elmi-metodiki təhlili davam etdiriləcək.


Teqlər:





Xəbər lenti