İsrail müşkülə düşdü

İsrail müşkülə düşdü
  12 Mart 2013    Oxunub:1738
İsraildə yeni Nazirlər Kabinetinin qurulması müşkül məsələyə çevrilib
İsraildə seçkidə qalib gələn hazırki baş nazir Benyamin Netanyahu nəhayət bildirib ki, yeni hökumətin heyəti təsdiqlənmək üçün prezident Şimon Peresə təqdim olunacaq. Bununla belə o, etiraf edib ki, seçkidə qalib gəlməsinə baxmayaraq, bu dəfə siyasi rəqibləri tərəfindən ciddi müqavimətlə üzləşib. Belə ki, yeni kabinetin formalaşdırılmasında ötən illərdən fərqli olaraq solçular, ultra ortodokslar və Ərəb partiyalarından olan siyasətçilər iştirak etməyəcək.

Belə olan halda isə Netanyahu 120 yerlik Knessetdə çoxluq əldə etmək üçün kiçik partiyalarla koalisiyaya getmək məcburiyyətindədir. Bu isə İsrailin yarandığı gündən bu yana ilk dəfədir müşahidə edilir. Qeyd edək ki, budəfəki koalisiyada 69 millət vəkili kreslosunu tutmaq üçün Netanyahu 6 fərqli partiya liderini razı salmalı olub.


Teqlər:  





Xəbər lenti