Gənclərin bu barədə bilgisi - GÖSTƏRİCİ

Gənclərin bu barədə bilgisi -  GÖSTƏRİCİ
  08 Fevral 2013    Oxunub:2226
Gənclərin bir çoxu işğal altında olan rayonlarımız haqqında tam bilgilərə malik deyillər. Bunu Söz Azadlığını Müdafiə Fondunun (SAMF) apardığı sorğu müəyyən edib.
AzVision.az-ın məlumatına görə, SAMF maddi-mədəni itkilərimiz haqqında gənclərin bilgilərin səviyyəsini öyrənmək məqsədilə Bakı şəhərində fəaliyyət göstərən, dörd universiteti əhatə etməklə 200 nəfər tələbə arasında ekspress rəy sorğusu keçirib. Cari ilin yanvarında keçirilən sorgunun ilkin nəticələrinə görə, rəyi soruşulan respondent-tələbələrin 56%-nin işğal altında olan rayonlarımız haqqında tam bilgilərinin olmaması üzə çıxıb. Rəyi soruşulanların 40%-i bu mövzu ilə əlaqəli ətraflı bilgilərə malik olduqlarını bildirib, 4 %-i isə suala cavab verməkdən yayınıblar.
Respondentlərin 79 % - nin bu ərazilərdə fəaliyyətdə olmuş muzeylər, habelə turizm obyektləri barəsində hər hansı məlumata malik deyillər. Problemin həlli yollarına gəlincə, rəyi soruşulanların 84% -i bildiriblər ki, yeni media orqanları ilə ilk növbədə ideoloji işin gücləndirilməsi nəticəsində mövcud problemin müəyyən mənada həllinə nail olmaq olar. Respondentlərin 54%-isə gənclərdə sosial təşəbbüslərin artırılmasını məqsədəuyğun hesab ediblər.
Qeyd edək, ekspress sorgu üç ildən artıq davam edən “Maddi mədəni isrimizi qoruyaq” layihəsi çərçivəsində həyata keçirilib.


Teqlər:





Xəbər lenti