AMEA neft hasilatında yeni üsullar hazırlayır

AMEA neft hasilatında yeni üsullar hazırlayır
  10 Dekabr 2013    Oxunub:1608
Karbohidrogen yataqlarında neftveriminin artırılması üçün yeni üsullar hazırlanır.
AzVision.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutu böyük dərinliklərdə yerləşən karbohidrogen yataqlarında neftveriminin artırılması üçün yeni üsullar hazırlayır.

İnstitutdan AzərTAc-a bildiriblər ki, Tədqiqatlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun qrant layihəsi çərçivəsində aparılır. İkiillik layihəyə 90 min manat məbləğində pul ayrılıb.

Layihənin rəhbəri, AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev bildirib ki, tədqiqatçılar yataqlarda süzülmə və sıxışdırma prosesində əmələ gələn problemləri öyrənir, o cümlədən yüksək temperatur və təzyiqlərdə gil şişmələri, onların uyğun deformasiyası, mayelərdə özlülüklərdə və xüsusi çəkilərdə fərq, tektonik pozulmalar və digər amilləri təhlil edirlər. Məqsəd neftçıxarmanın tənzimlənməsi və intensivləşdirilməsi üçün effektiv metodlar işləyib hazırlamaq, qiymətləndirmək və riyazi modelləşdirməkdir.


Teqlər:





Xəbər lenti