Piketin görünməyən tərəfləri - VİDEOBLOQ

   Piketin görünməyən tərəfləri -    VİDEOBLOQ
  09 Oktyabr 2019    Oxunub:9722
Milli Şura Bakının mərkəzində, daha dəqiq desək, Bakı şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piket keçirdi. Tərəfdarlarını gecə-gündüz "meydan"a, etiraza səsləyən Əli Kərimli özü bu piketə qatılmadı və onun ideya müəllifi olduğu aksiya bundan əvvəlkilər kimi uğursuz alındı.
50 nəfərlik razılaşdırılmış piket göstərdi ki, Milli Şuranın məqsədi heç də sivil qaydada toplanmaq, hansısa məsələyə etiraz etmək deyildi, əvvəlcədən hazırlanan plan ictimai asayişi pozmaq və şəhərin mərkəzində qarşıdurma yaratmaq idi. Ancaq bir ovuc robotlaşmış cəbhəçinin meriya binasının qarşısında vay-şüvənlik salması, "Əli bəy...." deyə çığırması da bir fayda vermədi. Əraziyə cəlb olunan polis əməkdaşları anındaca onların təxribat cəhdlərinin qarşısını aldı və bununla da Bakıda qanunsuz küçə yürüşü keçirmək istəyənlərin arzusu puça çıxdı. Nəticə isə təxminən belə oldu: Yenə toplaşdılar, danışdılar və getdilər...

Əslində piketdə nələr baş verdi? Şəhər sakinlərinin buna reaksiyası necə oldu?

Azvision.az -ın əməkdaşı Bəxtiyar Məmmədovun hazırladığı videobloqda piketin görünməyən tərəfləri öz əksini tapıb.

Həmin videobloqu təqdim edirik:





Teqlər: Milli-Şura   Piket  





Xəbər lenti