Bakı sakinləri qanunsuz aksiyalara qarşıdır - VİDEOSORĞU

 Bakı sakinləri qanunsuz aksiyalara qarşıdır -  VİDEOSORĞU
  20 Oktyabr 2019    Oxunub:11321
Müxalifətin özünü Milli Şura adlandıran radikal qrupu ötən gün Bakıda qanunsuz aksiya keçirməyə cəhd edib. Sayları təxminən 220 nəfər olan Əli Kərimli tərəfdarı “28 May” metrostansiyasının önündəki meydana daxil olmağa çalışıb. Əraziyə cəlb olunan polis əməkdaşları tərəfindən onların hüquqazidd hərəkətlərinin qarşısı alınıb, ictimai asayişi pozmağa çalışan şəxslər saxlanılıblar.
Bəs qanunsuz aksiyalara paytaxt sakinlərinin münasibəti necədir? Onlar bu haqda nə düşünürlər?

Azvision.az mövzunun aktuallığını nəzərə alaraq Bakı sakinləri arasında videosorğu keçirib. Sorğuda iştirak edənlərin əksəriyyəti Milli Şuranın qanunsuz aksiyasını dəstəkləmədiyini bildirib.

Sakinlər hesab edirlər ki, asayişi pozmağa yönəlik addımların qarşısı alınmalı, kimliyindən asılı olmayaraq ölkədə iğtişaş yaratmaq istəyən şəxslər cəzalandırılmalıdır.



Elvin Abdulqədirov
Video: Əhməd Xəlilov / Kərəm Əhmədov

Azvision.az


Teqlər: Aksiya   bakı   Sorğu  





Xəbər lenti