BP: “Layihə 3 milyard dollara başa gələcək”

BP: “Layihə 3 milyard dollara başa gələcək”
  13 Mart 2013    Oxunub:1427
“Şahdəniz 2” layihəsi üçün yeni boru xəttinin inşası gələn il həyata keçiriləcək
AzVision.az xəbər verir ki, bu barədə British Petrolunun (BP) rəsmi internet saytında məlumat veriblər. Məlumatda bildirilir ki, Azərbaycan “Şahdəniz 2” təbii qaz hövzəsindən çıxardılacaq qazı Türkiyəyə daşıyan boru xəttinin inşasına gələn ildən başlayacaq. Verilən məlumata görə, “Şahdəniz 2” Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinə paralel olaraq hazırlanacaq.

Yeni boru xətti Azərbaycanın Hacıqabul bölgəsindən başlayaraq, Gürcüstan sərhədinə qədər təxminən 386 km ərazidə olacaq. Boru xətti Gürcüstan ərazisində 56 km uzadılaraq, mövcud xəttə birləşəcək. 3 milyard dollara başa gələcək layihənin 2017-ci ildə tamamlanması gözlənilir.

Ən böyük problem mülklərdir

BP-nin açıqlamasında görə, layihə təxminən min torpaq sahibinin mülkiyyətində olan 4500 ərazini əhata edəcək. Şirkət həmin ərazini ya torpaq sahiblərindən ya satın alacağını ya da uzun müddətə kirayə edəcəyini bildirib.

Şirkət bildirib ki, boru xəttinin hazırlanması müddətində xətt boyunca 60 metr, hazırlıq bitdikdən sonra isə 30 metr genişliyində boru dəhlizi lazımdır.

AzVision



Teqlər:  





Xəbər lenti