Dil qaydaları nəzarətə götürüldü

Dil qaydaları nəzarətə götürüldü
  08 Fevral 2013    Oxunub:4917
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında ölkədə dil pozuntularına nəzarət etmək məqsədilə Monitorinq Qrupu yaradılıb.
Bununla əlaqədar AMEA Terminologiya Komissiyasının illik hesabatından sonra Akademiyanın Rəyasət Heyəti qərar qəbul edib.
Qərarda Terminologiya Komissiyasının terminlərin kütləvi-informasiya vasitələrində, idarə və müəssisələrdə, məktəblərdə düzgün tətbiqinə nəzarətin gücləndirməsi və bu işi həyata keçirmək üçün Monitorinq Qrupunun yaradılması nəzərdə tutulub. Qərarda həmçinin ölkədə elmin nüfuzunu qorumaq üçün Terminologiya Komissiyasının qərarı olmadan tərtib olunan terminoloji lüğətlərin nəşrinə və yayılmasına qarşı mübarizənin gücləndirilməsi əks olunub.


Teqlər:  





Xəbər lenti