İvanişvili nazirlərin maaşını kəsdi

İvanişvili nazirlərin maaşını kəsdi
  13 Mart 2013    Oxunub:1741
Gürcüstan hökumət üzvlərinin əmək haqqısı 12% azalacaq
AzVision.az-ın gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb. Məlumata görə, Bidzina İvanişvilinin qərarın ilə nazirlərin əmək haqqqısına büdcədən əvvəlki illərlə müqayisədə daha az pul ayrılacaq, eləcə də bu məlumatlar ictimaiyyət üçün tam şəffaf olacaq.

Bununla yanaşı, mətbuat xidmətindən bildiriblər ki, indiki hökümət əvvəlkindən fərqli olaraq, nazirlərin ildə bir neçə dəfə özləri –özlərinə təltif yazmasına icazə verməyəcək. Nazirlərə təltiflər ildə bir dəfə olacaq. Beləliklə, nazirlər hər ay bütün artımlala birlikdə cəmi 3800 manat (6300 lari) alacaqlar.

AzVision.az



Teqlər:  





Xəbər lenti