“Dərs ili 2-3 həftə artırılacaq” - NAZİR

“Dərs ili 2-3 həftə artırılacaq” - NAZİR
  16 Dekabr 2013    Oxunub:1589
Azərbaycanda bu tədris ilində dərs ilinin müddətinin artırılması ilə bağlı heç bir dəyişiklik olmayacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, gələn tədris ilindən isə dərs ilinin müddətinin 2-3 həftə artırılacağı gözlənilir.

M.Cabbarov dərs ilinin müddətinin artırılmasına zərurət yaradan səbəbləri də açıqlayıb:

"İnkişaf etmiş bir çox ölkələrlə müqayisədə Azərbaycanda akademik il çox qısadır. Bu da şagirdlər üçün əlavə tədris yükü deməkdir. Ona görə də hesab edirik ki, növbəti tədris ilində dərs ilinin müddətinin uzadılması tədis prosesinin keyfiyyətinin artırılmasına yönələn addımlardan biridir".


Teqlər:  





Xəbər lenti