Milli Şuranın boykot qərarının arxasındakı gizli mətləblər - VİDEOBLOQ

   Milli Şuranın boykot qərarının arxasındakı gizli mətləblər -    VİDEOBLOQ
  29 Dekabr 2019    Oxunub:11216
Azərbaycanda növbədənkənar parlament seçkilərinə ciddi hazırlıq gedir. Artıq 20-ə yaxın siyasi partiya seçki marafonuna qoşularaq öz namizədlərini irəli sürüb. Deputat mandatı uğrunda mübarizə aparacaq namizədlər arasında heç bir partiyaya üzv olmayanlar da az deyil. Ümumilikdə 9 fevrala təyin olunan erkən seçkilərə böyük marağın olduğu müşahidə edilir.
Ölkədə siyasi qüvvələrin seçkiyə kökləndiyi məqamda radikalların cəmləşdiyi Milli Şuranın boykot yolunu tutması ciddi suallar doğurur. Maraqlıdır, Əli Kərimlinin qaragüruhçu dəstəsi niyə seçkidən qaçır? Boykot qərarının gerçək səbəbləri nələrdir?

Azvision.az-ın əməkdaşı Bəxtiyar Məmmədov bu dəfəki videobloqunda Milli Şuranın boykot qərarının arxasındakı gizli məqamlara tutarlı faktlarla aydınlıq gətirib.

Sözügedən videobloqu sizlərə təqdim edirik:



Azvision.az



Teqlər: Milli-Şura   Seçki   Boykot  





Xəbər lenti