Atatürkün ölüm yatağından REPORTAJ

 Atatürkün ölüm yatağından REPORTAJ
  20 Dekabr 2013    Oxunub:2882
“Dolmabahçe” sarayı… Əzəmətli saraydı, ucu-bucağı bilinmir. Gəzib bitirmək üçün ən azı 3-4 saat vaxt lazımdır. Amma Türkiyəyə gələn turistlərin, eləcə də burada yaşayan yerli insanların ən çox gəldiyi tarixi məkandır.

Əslində yazacağım bəlkə də çox da yenilik deyil. Azərbaycandan Türkiyəyə istirahətə və ya işlə bağlı gələnlərin də görmək istədikləri və gördükləri yerdir bura. Amma mən bu gün Dolmabahçe sarayından reportaj hazırlamayacam. Çünki bu tarixi məkandan yazmaq üçün bir yazı yetməz. Sadəcə kiçik bir məlumat verim ki, Dolmabahçe sarayı 285 otaqdan, 46 salondan, 6 hamamdan, 68 tualetdən ibarətdir.



Mən bu saraya bir neçə dəfə gəlmişəm. Hər dəfə də burda yeni nəsə kəşf etmişəm. Bu dəfə məhz və bilərəkdən saraydakı Mustafa Kamal Atatürkün yaşantısından, otaqlarından və ölüm yatağından yazacam. Atatürkün əmanət etdiyi Türkiyədə yolsuzuk və rüşvət əməliyyatının oldugu bir dönəmdə....

Möhtəşəm saraya ziyarət edənlərin səssiz baxışları və səsli addımları ilə irəliləyirik... Bələdçi tez-tez anlatmaga çalışır. Sürətli türkçəsindən bir şey anlamasam da gözümlə gördüklərim və ürəyimlə hiss etdiklərimə güvənirəm. Sarayın çilçıraqban möhtəşəmliyinin içində sakit və sadə otaqlar... Türkiyənin atası bu sadə otaqlarda son gününü keçirib. Divarda onun əl izləri və nəfəsi çöküb. Bir də sərt baxışları...Bu saray və otaqlar onun son mənzilə gedəcəyi işıqlı dünyadakı son mənzili olub...



Sarayda olan bütün saatlar 09.05-i göstərir. Günün hansı saatında burada olsan da sənin üçün zaman dəyişmir. 09.05 Atatürkün ölüm saatı...və Atatürkün saatı...

Dolmabahçe sarayında dənizə baxan yöndəki dördüncü otaq - Atatürkün hayata gözlərini yumduğu tarixi bir otaq olaraq, bütün əşyasıyla bir muzey kimi qorunur. Bu otaq, Əbdülməcid və daha sonrakı Osmanlı padşahlarının qışlıq yataq otagı olub. Atatürkün yattığı bronz işleməli bir yataq, şkaf və dolab var. Onun otağı xalçalar və oturacaqlarla döşənib.

Atatürk xəstələndiyi günlər, 1938-ci ildə bu otağa gətirilib və burda müalicəyə başlayıb. Onun müalicəsi üçün ayrılan dolabın içi dərman doludur. Və bu günə qədər də o dolab olduğu kimi saxlanır.



Artıq bu otaq onun ölümünə qədər son iqamətgahı olub. Otaqlara baxırıq... Bələdçinin səsi gəlir: ”Atamız hətta xəstə yatağında belə onu ziyarətə gələnləri üzməmiş, onlarla bax bu otaqda görüş keçirib, hətta dövlət məsələlərin müzakirə edib. Bu isə Atatürkün yataq otağı, qırmızı türk bayrağına bürünüb...



Bu iş masasıdır. O son anına qədər yazıb, çalışıb... Bura
hamamı...”.



Bələdçi deyir ki, Mustafa Kamal Atatürk bu sarayda cəmi 4 il yaşayıb.1927-ci il iyulun 1-də Ankaradan İstanbula gələn Atatürk bir başa Dolmabahça sarayına gəlib.



Toplantı salonuna gələn Atatürk burda ona hörmətini bildirməyə gələn heyətə titrək səslə müraciət edib: “…Artıq bu saray millətin sarayıdır, mən bura millətin bir fərdi, bir müsafiri olaraq gəlmişəm...”.
Atatürk ölüm üçün məhz əsrlər boyu dövlətin, siyasətini müəyyənləşdirən bu sarayı seçmişdi...Noyabrın 11-i saat 09.05-ə qədər...



...Türkiyə 17 dekabr səhər saat 6.00...Yolsuzluk və rüşvət əməliyyatı... Atatürkün məmləkəti çox dəyişib, çox... 9-un tərsi 6-dır, Atatürkdən sonra tərs dönən saatlar...



Məhsəti Şərif , İstanbul
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti