Ermənilər Türk toyuğu yeyir

Ermənilər Türk  toyuğu  yeyir
  14 Mart 2013    Oxunub:1673
Bu barədə Ermənistanın qida məhsulları üzrə dövlət təhlükəsizlik xidməti məlumat verib.
Ermənistan Rəsmi olaraq Türkiyədən yalnız toyuq əti idxal edir. Bu barədə Ermənistan Kənd Təsərrüfatının qida məhsulları üzrə dövlət təhlükəsizlik xidmətinin mətbuat katibi Babken Pipoyan məlumat verib. Erməni jurnalistin nəyə görə ancaq toyuq məhsulları sualını cavablandıran Pipoyan bu məsələyə bir qədər ehtiyatla yanaşdıqlarını bildirib.

Maraqlıdır görəsən türklərin toyuğunu yeyib türkü düşmən adlandıran ermənilər nəyə görə ölkəyə digər məhsulların idxalından ehtiyat edir, toyuqdan yox. Pipoyan Babken olsaydı soruşardıq. Hər halda? yəqin çox dadlıdır. Ancaq məsləhət görərdik ki, həmin toyuqların yumurtalarını da alsınlar. Gərək ki, bəyənərlər!

O ki, qaldı Gürcüstandan idxal olunan məhsullara Pipoyan bildirib ki, onlar mütləq sertifikatlaşdırılmalıdır. O, Gürcüstandan Ermənistana qeyri qanuni yollarla qida məhsullarının gətirildiyini də qeyd edib. Hazırda bunun qarşısının alınması üzrə tədbirlər həyata keçirildiyini bildirib.


Teqlər:  





Xəbər lenti