50 dəqiqəlik Leyli-Məcnun
AzVision.az xəbər verir ki, film-operada Məcnun rolunu Xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə Xalq artisti Aygün Bayramova canlandırıb.
Əsərin ssenari müəllifi və rejissoru Mehdi Məmmədovdur.
Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin dediyinə görə, 2008-ci ildə “Leyli və Məcnun” operasının 100 illik yubileyi keçirilərkən belə bir layihənin reallaşdırılması qərara alınıb.
Müasir rəqəmsal texnologiya imkan verir ki, opera tamaşa formatından fərqli yeni versiyada göstərilsin.
Sevindirici haldır ki, bu möhtəşəm sənət əsər hazırda Bakıda keçirilən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı günlərində təqdim olunur.
Üç il ərzində ərsəyə gələn film-operanın çəkilişləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və “Buta Palace”də aparılıb.
Yeni ekran əsərinin yaxın gələcəkdə xarici ölkələrdə ingilis, rus, alman, ərəb subtitrləri ilə nümayişi nəzərdə tutulub.