ABŞ fikrini dəyişdi -VİDEO

ABŞ fikrini dəyişdi -VİDEO
  15 Mart 2013    Oxunub:1808
Rəsmi Vaşinqton İrana qarşı sanksiyaları yumşaldır
Amerika Birləşmiş Ştatları İrana qarşı neft alışına dair sanksiyaya yenidən baxıb. Yeni dəyişikliyə əsasən Yaponiya və Avropa Birliyinin 10 dövləti bu siyahıdan çıxarılıb. ABŞ dövlət katibi Con Kerrinin açıqlamasına görə, beynəlxalq ictimaiyyət nüvə silahı təhlükəsi qaldıqca İrana qarşı təzyiqi davam etdirəcək. Amma buna baxmayaraq, İran neftinin ən böyük alıcıları olan dövlətlər artıq bu ölkədən neft almamaq öhdəliyindən azad ediliblər.

Bunlar, Yaponiya, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Niderland, Polşa, Fransa və Çexiyadır. Kerri deyib ki, Avropa Birliyi ölkələri İrana qarşı sanksiyaları tamamilə dəstəkləyir, Yaponiya isə Tehrandan neft alışını qismən dayandırıb. Artıq sadalanan bu ölkələr İrandan neft alarsa, ABŞ-ın maliyyə sistemindən kənarlaşdırılmayacaq.

Yeri gəlmişkən, Barak Obama İrana qarşı rəsmi Vaşinqtonun 1995-ci ildən bəri tətbiq etdiyi sanksiyaların müddətini daha bir il uzadıb. Ağ Evin bununla bağlı bəyanatında qeyd olunur ki, buna səbəb İranın dövlət siyasətində əsaslı dəyişikliklərdir.

Xatırladaq ki, Avropa Birliyi və ABŞ İranı nüvə silahı hazırlamağa cəhddə ittiham edirlər. Rəsmi Tehran isə nüvə fəaliyyətinin yalnız dinc məqsəd daşıdığını bəyan edir. İrana qarşı tətbiq edilən sanksiyalar nəticəsində İran iqtisadiyyatı çətin vəziyyətə düşüb, neft ixracı azalıb, milli valyuta dəyərini itirib, ötən il isə ilk dəfə olaraq xarici ticarət geriləyib.(ans)




Teqlər:





Xəbər lenti