Büdcəyə daxil olan pullar hara gedib?

Büdcəyə daxil olan pullar hara gedib?
  15 Mart 2013    Oxunub:1969
Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-fevral ayına olan hesabatını açıqlayıb
Komitədən AzVision.az-a verilən məlumata görə, ölkənin iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri göstərən əsas makroiqtisadi göstəricilərin yanvar ayında olduğu kimi fevral ayında da müsbət istiqamətdə dəyişildiyi müşahidə edilib.

Ümumi Daxili Məhsul istehsalı 2012-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3.2 faiz artaraq 8.3 milyard manat təşkil edib. Əlavə dəyərin 54.6 faizi sənaye sahələrində, 7.1 faizi tikinti kompleksində, 7.6 faizi ticarət və pullu xidmət sahələrində, 6.0 faizi nəqliyyatda, 1.8 faizi rabitə müəssisələrində, 2.4 faizi aqrar bölmədə, 13.4 faizi digər sahələrdə yaradılıb.

Adambaşına orta hesabla 902.6 manat məbləğində (1150.1 ABŞ dolları) əlavə dəyər istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 faiz artıb.

Komitədən verilən məlumata görə, Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar ayında dövlət büdcəsinə 1768.1 milyon manat vəsait daxil olub, büdcədən 1391.7 milyon manat xərclənib, ayrılmış vəsaitin 777.4 milyon manatı iqtisadiyyatın inkişafına, 191.4 milyon manatı sosial müdafiə və sosial təminata, 25.5 milyon manatı təhsil və səhiyyəyə yönəldilib.

AzVision.az



Teqlər:





Xəbər lenti