Şahzadə birindən alır, o birindən verir

Şahzadə birindən alır, o birindən verir
  15 Mart 2013    Oxunub:1601
Böyük Britaniya şahzadəsi Çarlz ərəb dilini öyrənmək həvəsinə düşüb.
Yaxın Şərq səfəri çərçivəsində Qətərə yollanan şahzadə İslam və Yaşın Şərq mədəniyyətinə heyran olduğunu və bu üzdən ərəb dilini öyrənməyə həvəs göstərdiyini deyib. Sən demə, o 6 aydır ki, bu dili öyrənir.

Lakin nədənsə şahzadə Çarlz üçün bu dili mənimsəmək çox çətindir. "Ərəbcə demək olar ki, heç nə bilmirəm. Bu qulağımdan girir, o birisindən çıxır" deyən Çarlz etiraf edib ki, çox çalışmaq lazımdır.

Şahzadənin yaxın dairələrindən sızan məlumatlarda isə deyilir ki, Çarlz ərəb dilini məhz müqəddəs "Quran" kitabını oxumaq üçün öyrənir. Hətta bu xəbərlərə görə, İngiltərə qəzetləri onun İslam dinini seçdiyini yazıb.


Teqlər:  





Xəbər lenti