Kadırov Obama ilə Konqresi küsdürdü

Kadırov Obama ilə Konqresi küsdürdü
  15 Mart 2013    Oxunub:1693
Ramazan Kadırovun adının Maqnitski siyahısına salınması ilə bağlı ABŞ konqresi ilə prezident Barak Obama arasında fikir ayrılığı yaranıb.
ABŞ hökuməti “Maqnitski siyahısını” artırmağı düşünür. Aprelin 13-də açıqlanacaq sənəddə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Çeçenistan prezidenti Ramazan Kadırovun da adı daxil edilə bilər.

Qeyd edək ki, Amerika konqresmenləri Bastırkin və Kadırovun adlarının siyahıya salınmasında israrlıdırlar. Prezident Barak Obama isə bunu əleyhinədir. Obama etiraz etməklə əslində Moskvanın məsələyə sərt münasibət göstərəcəyindən bunun isə öz növbəsində Rusiya ilə ABŞ arasında münasibətlərə mənfi təsir edəcəyindən ehtiyat edir.

Adları siyahıya düşən şəxslərə qarşı sanksiyalar, ABŞ-a səfərlərinə qadağa ilə yanaşı onlara qarşı iqtisadi tədbirləri də nəzərdə tutur. Belə ki, onların ABŞ-dakı hesabları dondurulacaq, mülkləri müsadirə ediləcək və onlara biznes sahəsində əməkdaşlığa icazə verilməyəcək.


Teqlər:  





Xəbər lenti