Qiymətlər kəllə-çarxa qalxdı

Qiymətlər kəllə-çarxa qalxdı
  15 Mart 2013    Oxunub:1521
Ötən ay da ölkədə bahalaşma olub
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-fevral ayları ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 1 faiz, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, xidmət tarifləri 3,4 faiz bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 0,2 faiz ucuzlaşıb.

Belə ki, bu ilin fevral ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1 faiz bahalaşıb, xidmət tarifləri və qeyri-ərzaq mallarının qiymətləri isə yanvar ayının səviyyəsində (0,5 faiz) qalıb.

Ötən ilin yanvar-fevral aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 3,7 faiz təşkil edib.
Bu il üçün isə ölkədə inflyasiyanın 5,7 faiz olacağı proqnozlaşdırılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti