Davudoğlu futbolçu imiş- VİDEO

Davudoğlu futbolçu imiş- VİDEO
  16 Mart 2013    Oxunub:1491
Türkiyəli iki nazir Diyarbəkirdə kürd uşaqlarla futbol oynayıblar
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə kənd təsərrüfatı və heyvandarlıq naziri Mehdi Eker Diyarbəkir vilayətində yerli uşaqlarla futbol oynayıblar. Yerli mətbuatın xəbərinə görə, nazirlər Diyarbəkir qalasının “Keçi” bürcündə yerli uşaqların qoruduğu qapıya bir neçə dəfə penaltı vurmağa çalışıblar.

Məlumata görə, pencəklərini soyunaraq qapıya bir neçə qol zərbəsi vuran nazirlərin bütün cəhdləri uğursuz alınıb. Davudoğlunun, “siz qalib gəldiniz” – deməsi ilə uşaqlar nazirdən top istəyiblər. Türkiyə XİN rəhbəri uşaqların bu arzusunu yerinə yetirərək onlara top alıb.





Teqlər:  





Xəbər lenti