Bu gün imtahandır

Bu gün imtahandır
  17 Mart 2013    Oxunub:1594
Buraxılış imtahanları test üsulu ilə 2 fənn üzrə - ana dili və riyaziyyat fənlərindən keçirilir.
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ilk dəfə olaraq respublikanın bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirilir.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, ölkənin 23 şəhər və rayonunda keçirilən imtahanlarda 4910 peşə liseyi məzununun iştirakı nəzərdə tutulur. Ümumilikdə 29 imtahan mərkəzində baş tutan imtahanları idarə etmək üçün 38 imtahan rəhbəri, 428 zal nəzarətçisi ayrılıb. İmtahan bütün binalarda eyni vaxtda - 12:00-da başlanacaq. Şagirdlər imtahana “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

Buraxılış imtahanları test üsulu ilə 2 fənn üzrə - ana dili və riyaziyyat fənlərindən keçirilir. İmtahan 2 saat müddətində aparılır. Hər bir fənn üzrə 30 test tapşırığı (cəmi 60 sual) təqdim olunur və bu sualların cavablandırılmasına 1.5 saat vaxt ayrılır.

Son 30 dəqiqə ərzində isə imtahan iştirakçıları təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirirlər. Test suallarının hər biri 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı işinin nəticəsi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə göstərici kimi nəzərə alınır.



Teqlər:





Xəbər lenti