17 həmyerlimiz saxlanıldı

17 həmyerlimiz saxlanıldı
  18 Mart 2013    Oxunub:1795
Saxlanılanlardan 15-i kişi 2-si qadındır.
İran sərhədçiləri Azərbaycanın 17 vətəndaşını saxlayıb. Bu barədə İranın rəsmi informasiya agentliyi “İRNA” məlumat yayıb.

Məlumata görə, İran sərhəd qoşunlarının komandiri, briqada generalı Hüseyn Zülfüqari keçirdiyi mətbuat konfransında bəyan edib ki, mart ayının əvvəlindən bu günə kimi İran-Azərbaycan sərhədində İranı qeyri-qanuni yolla tərk etmək istəyən 17 Azərbaycan vətəndaşı saxlanılıb.

Onlardan 15-nin kişi, 2-nin qadın olduğu bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti