Ali məktəblərdə “Qaynar xətt” yaradıldı - NÖMRƏLƏR

Ali məktəblərdə “Qaynar xətt” yaradıldı - NÖMRƏLƏR
  18 Yanvar 2014    Oxunub:1612
Azərbaycanda ali təhsil müəssisələrində sessiya müddətində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatların operativ araşdırılması və onların yol verilməsində məsuliyyət daşıyan şəxslər barədə tədbir görmək məqsədilə imtahan qərargahları və "Qaynar xətt" xidmətləri yaradılıb.

AzVision.az Təhsil Nazirliyinin rəsmi mətbuat orqanı olan "Azərbaycan müəllimi" qəzetinə istinadən bildirir ki, imtahan qərargahları "Qaynar xətt"lərə daxil olan zəngləri qeydiyyata alaraq tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahanların gedişi ilə bağlı ərizə, şikayət və təklifləri operativ araşdıraraq yol verilən nöqsanların vaxtında aradan qaldırılması məqsədilə fəaliyyət göstərir.

Ali təhsil müəssisələrinin "Qaynar xətt" nömrələri aşağıdakılardır:

Bakı Dövlət Universitet: (012) 538-06-78
Azərbaycan Dövlət Neft Akademiyası: (012) 437-43-51
Azərbaycan Dövlət İqtisad Universiteti: (012) 437-10-84
Azərbaycan Dövlət Pedaqoji Universiteti: (012) 498-17-94, 408-30-29
Azərbaycan Dillər Universiteti: (012) 440-35-05, 440-35-02
Bakı Slavyan Universiteti: (012) 449-36-52
Azərbaycan Memarlıq və İnşaat Universiteti: (012) 539-42-38
Azərbaycan Texniki Universiteti: (012) 539-90-70, 539-13-78
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti: (012) 538-76-06
Azərbaycan Milli Konservatoriyası: (055) 780-09-33, (050) 268-34-38
Azərbaycan Müəllimlər İnstitutu: (012) 465-29-75
Sumqayıt Dövlət Universiteti: (018) 644-89-05
Gəncə Dövlət Universiteti: (0222) 56-19-62
Naxçıvan Dövlət Universiteti: (036) 545-39-29
Azərbaycan Dövlət Aqrar Universiteti: (0222) 56-89-57, 56-00-56
Azərbaycan Texnologiya Universiteti: (0222) 57-08-83
Lənkəran Dövlət Universiteti: (02525) 5-25-88
Mingəçevir Politexnik İnstitutu: (02427) 5-32-72, 4-14-33


Teqlər:  





Xəbər lenti