Belçika kollecində Azərbaycan günü keçirildi

Belçika kollecində Azərbaycan günü keçirildi
  22 Yanvar 2014    Oxunub:1276
Belçikanın Brüqqe şəhərindəki “Avropa Kolleci”ndə “Azərbaycan günü” adlı tədbir keçirildi.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu gün Belçikanın Brüqqe şəhərində yerləşən “Avropa Kolleci”ndə Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin dəstəyi ilə bu ali təhsil ocağında “Azərbaycan günü” adlı tədbir keçirilib.

Tədbirdə universitetin professor-müəllim heyəti və çoxmillətli tələbə kollektivi iştirak etmişdir. Məlumat üçün bildiririk ki, bu mötəbər ali təhsil ocağında hazırda Azərbaycandan 4 tələbə magistr pilləsi üzrə təhsil alır.

Tədbirdə Azərbaycan musiqisi səsləndirilmiş və tələbələrimiz tərəfindən milli rəqslərimiz nümayiş etdirilib.

İştirakçılar Azərbaycan şirniyyatları dadıblar. Ölkəmizə aid çoxsaylı təbliğat materialları, jurnal və broşürlər nümayiş etdirilib.


Teqlər:





Xəbər lenti