TQDK-dan abituriyenlərə xəbər var

TQDK-dan abituriyenlərə xəbər var
  23 Yanvar 2014    Oxunub:1583
TQDK test bankı toplularının nəşrini davam etdirir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən fənlər üzrə test bankı toplularının nəşrləri davam etdirilir. TQDK_nın mətbuat xidmətindən AzVision.aza- verilən məlumata görə, artıq Riyaziyyat, Biologiya və Fizika fənləri üzrə test topluları Azərbaycan və rus dillərində nəşr edilərək abituriyentlərin istifadəsinə verilmişdir. Yaxın günlərdə isə Kimya fənni üzrə test toplusu hər iki dildə nəşr ediləcək.

Nəşr edilmiş test topluları abituriyentlərin və müəllimlərin marağına səbəb olmuşdur. Ölkədə test tərtibi ilə məşğul olmaq istəyən mütəxəssislərin TQDK-nın müvafiq şöbəsinə və regional bölmələrinə müraciətlərinin sayının xeyli artması bunu təsdiq edir.

Test toplularına 1994-2013-cü illərdə müxtəlif təyinatlı imtahanlarda – ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlər daxildir. Toplularda test tapşırıqlarının 20-25 faizi heç bir imtahanda istifadə olunmamış yeni növ test tapşırıqlarıdır. Toplular test bankında olan test tapşırıqlarının bütün modellərini əhatə edir, bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.

Toplulardakı test tapşırıqları dərslik, tədris və qəbul proqramlarındakı dəyişiklik və yeniliklər nəzərə alınmaqla bir daha ekspertizadan keçirilmiş, həm məzmun, həm də formaca təkmilləşdirilmişdir.

Fənn müəllimləri və metodistlər təlim prosesində bank testlərindən biliyin qiymətləndirilməsi üçün istifadə etmək, abituriyentlər isə öyrəndikləri bilikləri bank testləri vasitəsi ilə yoxlamaq imkanı qazanıblar.
Bu toplulardan həmçinin ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında test modelləri kimi istifadə ediləcəkdir.

Hər bir müəllim bank testləri vasitəsilə həm də öz peşə hazırlığını yoxlaya və artıra bilər.

Test toplusunda tapşırıqların düzgün cavabları da verilmişdir. Bundan məqsəd şagird və abituriyentlərə testlərlə müstəqil surətdə, repetitor köməyinə müraciət etmədən işləmək imkanının yaradılmasıdır.


Teqlər:





Xəbər lenti