Homoseksualları tanımaq üçün TEST

Homoseksualları tanımaq üçün TEST
  24 Yanvar 2014    Oxunub:11518
Seksual oriyentasiyanı barmaqların uzunluq ölçülərinə əsasən müəyyən etmək olar.
Böyük Britaniyanın Lankşir Universitetinin psixologiya üzrə professoru Con Meninq aşkarlayıb ki, qadınlarda qadınlığın, kişilərdə isə kişiliyin nə dərəcədə güclü olub-olmadığını müəyyən etmək üçün əlin iki barmağının uzunluğunu ölçmək kifayət edir.

Onun üsuluna görə, seksual oriyentasiyanın əsas göstəricisi insanın şəhadət (ikinci barmaq) və adsız ( dördüncü) barmağıdır.

Seksual həvəsin hansı istiqamətə yönəldiyini yoxlamaq üsulu olduqca sadədir. Hər iki barmağın uzunluğunu ölçdükdən sonra, şəhadət barmağın uzunluğunu adsız barmağın uzunluğuna bölmək lazımdır. Alınan cavablar təbii ki, bir insanda digərinə nisbətən çox və ya əksinə, az ola bilər. Məhz alınan nəticə, nə qədər gizlətməyə çalışsanız da, cinsi oriyentasiyanızı ifşa edəcək.

Əgər bir kişinin “hesab nəticəsi” 0.97 və daha aşağıdırsa, deməli o, 100% “mavi”dir. Göstəriciləri 0,97- 0,99 civarındadırsa özlərini fəxrlə “maço” adlandıra bilərlər. Norma isə 0,99 və 1,1 arasındadır. Yox, əgər hesablama nəticəsində alınan rəqəm 1,1 –dən çoxdursa, düşünmək lazımdır, çünki bu, artıq gizli homoseksualizmdən xəbər verir.

Bu təsnifat qadınlar da eyni qayda ilə aparılır. Belə ki, 0,97 göstəricisinin sahibələri passiv lesbiandırlar, 0,97-dən 0, 99-a qədər qadın cinsinin normal nümayəndələri, 0,99 - 1,1 arası “şirin qadınlar”, 1,1 və daha çox passiv “çəhrayılar"dır.

Alimlər hesab edirlər ki, barmaqların proporsiyaları hələ ana bətnində ikən (döl 3 aylıq olarkən) formalaşır. Şəhadət barmağı “kişi” hormonları - testosteronun hesabına, adsız barmaq isə “qadın” hormonunun –estrogenin hesabına böyüyür. Kimyəvi balans düzgün olarsa, proporsiyalar normal olur. Balans pozulduqda isə oriyentasiya pozğunluqları meydana çıxır.

Hamilə qadının cinsi həvəsi yetərincə qarşılanmırsa, bu, testosteron artıqlığına səbəb olur. Buna görə, də artıq testosteron yaranır. Buna görə də, yaxşı olar ki, onların bu istəyi vaxtlı-vaxtında təmin olunsun. Ancaq həddi aşmamaq şərtilə.

Həddindən artıq cinsi ləzzət izafi estrogenin yaranmasına səbəb olur. Bu isə, dünyaya gələcək uşağın cinsi oriyentasiyasına təsir edə bilər. Əgər ana bətnindəki qızdırsa passiv lesbian, oğlandırsa `mavi` olur.

AzVision.az


Teqlər:





Xəbər lenti