Ərdoğan xalqı birliyə səslədi

 Ərdoğan xalqı birliyə səslədi
  19 Mart 2013    Oxunub:1298
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Çanaqqala şəhərində sakinlərlə bir araya gəlib.
Maraqlı açıqlamaları ilə diqqət çəkən hökumət başçısı bəzi qüvvələrin ölkəni bölməyə çalışdığını, ancaq onlara imkan verməyəcəklərini bəyan edib. Ərdoğan bildirib ki, milliyyətindən asılı olmayaraq bütün türkiyə vətəndaşları bir bayraq altında birləşməlidir: "Bu ölkəni bölmək istəyirlər.

Onlara fürsət vermiyəcəyik. Biz yaradılanı Yaradana görə sevirik. Tək millət deyirik. Millət sözünün içində hamısı var, tək bayraq deyirik. Bu bayraqdan başqa bayraq tanımırıq. Bizim bayrağımızın rəngi şəhidimizin qanının rəngidir. Aypara müstəqillik, hər ulduz bir şəhiddir".


Teqlər:





Xəbər lenti