Gülər Əhmədovanın tələbi

Gülər Əhmədovanın tələbi
  20 Mart 2013    Oxunub:1438
G.Əhmədovanın vəkili Raqif Mustafayev müvəkkilinin daha bir məsajını çatdırıb.
O bildirib ki, G.Əhmədova E.Abdullayevin işini araşdıran blogger Elnur Məcidlinin açıqlamalarına cavab verib. Belə ki, G.Əhmədova öncə E.Abdullayev və E.Məcidlinin montajla məşğul olduğunu deyəndə sonuncu G.Əhmədova ilə bağlı daha bir video yayacaqlarını anons etmişdi.

“Gülər xanım deyir, istəyirlər 40 dənə video göndərsinlər. Deyir, mən artıq hər şeyimi itirmişəm. Mandatımı itirmişəm, partiyadan çıxarılmışam, həbs olunmuşam. Həyat yoldaşım işdən çıxarılıb. Artıq məni video yox, Abdullayevlə görüşmək maraqlandırır” - deyə R.Mustafayev bildirib.

Vəkil E.Məcidlinin “Elşad Abdullayev Azərbaycana gəlməyəcək, Gülər Əhmədova onun nümayəndəsi ilə üzləşsin” açıqlamasını yada salıb və G.Əhmədovanın buna da cavab verdiyini vurğulayıbı: “Qanunda belə qayda yoxdur ki, kimsə kiminsə nümayəndəsi ilə üzləşsin. Elşad Abdullayev bəyan edib ki, onda 400-dək video var. Gülər xanım deyir ki, görünür, onlar xaricdə əməlli-başlı kinostudiya açıb yaradıcılıq fəaliyyəti ilə məşğuldur. Belə getsə, prokurorluq bütün işləri kənara qoyub bu videoların araşdırılması ilə məşğul olacaq”.


Teqlər:





Xəbər lenti