Erməni politoloq: “Dövlət və xalq üçün təhlükə yaranıb”

 Erməni politoloq:  “Dövlət və xalq üçün təhlükə yaranıb”
  30 Noyabr 1999    Oxunub:1690
Tanınmış erməni politoloq Alen Gevondyan ölkəsindəki ağır vəziyyətin birbaşa səbəbkarı olan Nikol Paşinyanı tənqid atəşinə tutub.

Azvision.az xəbər verir ki, Gevondyan Ermənistanın çöküşü haqqında yazarkən Nikolun dünya liderlərində, hətta orduda günah axtarmasını anormal hal adlandırıb:
“Getməlisən. Ermənistanın kapitulyasiyasını imzalayan rəhbər ölkənin lideri kimi davam etməməlidir. Ölkəmizin maraqlarını və təhlükəsizliyini təmin edə bilmirsinizsə, getməlisiniz! Rusları, amerikalıları, hətta pis döyüşmüş ordunu da günahlandırmağa çalışa bilərsiniz, amma bu sizə kömək etməyəcək. Getməlisən! “Artsax” (Qarabağ-red.) yox olmaq üzrədir. Azərbaycana Naxçıvana giriş imkanı verdiniz. Getməlisən, vəssalam. Məntiqsiz, məsuliyyətsizsiniz. Dövlət və xalq üçün təhlükə yaranıb. Müharibə dövründə ən çox işlətdiyiniz ifadə “təslim olmaq” idi. Baş nazir funksiyalarını yerinə yetirə bilmədin, vəzifəni təhvil ver”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Politoloq   Kapitulyasiya  





Xəbər lenti